2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Araz Ağalarova qarşı cinayət işi açıla bilər

Rusiyanın İstintaq Komitəsinə “Crocus City Hall”un sahiblərinə qarşı göstərilən xidmətlərin təhlükəsizliyinin təmin edilməməsi haqqında cinayət işi açılması barədə ərizə verilib. Sənəd 11 nəfər zərərçəkmiş şəxs adından verilib, bu barədə onların vəkili İqor Trunov bildirib.

Ərizənin təşəbbüskarları arasında “Crocus”da “Piknik”in konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri İvan Pomorin də var. Sonradan həlak olanların və xəsarət alanların qohumları da onlara qoşulub, deyə Trunov bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə “Crocus City Hall” açıldığı andan etibarən təhlükəsizliklə bağlı tələblər xeyli dəyişib. Hazırda normalarda “yeni lazer sensor sistemlərinə, avtomatikaya, yanğınsöndürmə sistemlərinə, odadavamlı örtüklərə, tamamlayıcı işlərə daim böyük miqdarda pul yatırılması” nəzərdə tutulur. Lakin zərərçəkmişlər obyekt sahiblərinin onun yanğından mühafizəsi ilə məşğul olduğuna inanmırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəddə yanğından mühafizə normalarının pozulduğu, “Crocus”un yanğından mühafizə və tüstü çıxarma sisteminin işləmədiyi, təxliyə qapılarının çoxunun isə bağlı olduğu bildirilir.

Öz növbəsində, “Crocus City Hall”un sahibi Araz Ağalarov və oğlu Emin zərərçəkmişlərə 100 mln. rubl yardım ayırıb. Emin Ağalarov “Crocus” konsert zalında tüstünün çıxarılması sisteminin lazımi şəkildə işlədiyini və binada “kifayət qədər yanğın çıxışı” olduğunu bildirib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button