2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Armen Qriqoryan: “Ermənistanın Rusiyadan çox asılı olması strateji səhvdir”

1991-ci ildən Ermənistanın Rusiyadan davam edən asılılığı respublikanın “strateji səhvi” oldu, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, 20 il Yerevan demək olar ki, bütün istiqamətlər üzrə – siyasət, iqtisadiyyat, elm və hərbi- Moskvadan asılı olub.

Ancaq 2020-ci ildə “bu sistemin işləmədiyini gördük”. Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyini təmin etməkdən ötrü alternativlərin olması üçün addımlar atmağa başladı, Qriqoryan deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O həmçinin bildirib ki, son illərdə Ermənistanın hərbi-texniki əməkdaşlığında Rusiyanın payı 96 faizdən 10 faizə qədər azalıb və bu, “Rusiyanın seçimi olub”. Onun sözlərinə görə, 2021-ci ildən Yerevan Moskva ilə 250 milyon dollarlıq silah müqaviləsi bağlayıb, həmçinin orduda islahatlar konsepsiyasını işləyib hazırlayıb. Ancaq silah göndərilməyib ki, bu da ölkəni yeni tərəfdaşlar axtarmağa məcbur edib, Təhlükəsizlik Şurasının katibi vurğulayıb. “Belə tərəfdaşlardan biri Hindistandır, bu yaxınlarda Fransa da oldu. Biz Avropa İttifaqının müxtəlif ölkələri və bir çox digər ölkə ilə işləməyə başladıq”, – o əlavə edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button