2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Autizm haqqında çox adamın səhv bildiyi 11 məlumat

Autizm Nədir?

Autizm  üçyaşından əvvəl başlayan və ömürboyudavam edən,sosial münasibətlərə mənfi təsir edən,limitli və təkrar hərəkətlərə səbəb olan xəstəlikdir. Autizm beynin bir çox hissəsinə təsir etsə də,necə yaranması ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq tibb alimləri vaxtında müdaxilə və düzgün müalicə ilə autizmlə yaşamağın mümkün olduğunu deyir.
Ancaqautizmlə bağlı cəmiyyətdə düzgünolmayanməlumatlar da çoxdur. Autizm barədə səhv bilinən 11 şey barədə düzgünməlumatları çatdırırıq.
1. Autizm xəstələri dostlaşmaq istəmir.
Həqiqət: Autizmli şəxslər necə münasibət quracağını bilmədiyi üçün dostlaşmaqdan çəkinirlər. Ancaq bu onların digərləri dostlaşmaq istəmədiyi mənasına gəlmir.
2. Autizmli insanlar emosiyalarını bildirə bilmir.
Həqiqət: Autizm xəstələri çox vaxt hisslərini bizim öyrəşmədiyimiz formalarda ifadə edir. Biz onların hisslərini başa düşmürük.
3. Onlar başqa insanların hisslərini başa düşmürlər.
Həqiqət: Autistlər kinayə,məcaz və iynələmək kimi hissləri başa düşməsələr də,daha açıq, birbaşa sevgini hiss edə bilirlər.
4. Autizm xəstələrində intellekt olmur.
Həqiqət: Bəzən autizm xəstələrində riyaziyyat,musiqi və ya rəsm kimi sahələrdə yüksək İQ və üstünistetadlar ortaya çıxır.
5. Autizmli insanlar sadəcə Dustin Hoffmanın Rain Man personajı kimi olur.
Həqiqət: Autistik özəlliklər insandan insana dəyişir. Autizm spektrum pozğunluğudur. Autizm xəstələrinin qabiliyyətləri və problemləri tam fərqli ola bilər.
6. Autizm simptomları bəzi insanların xarakterində də var.
Həqiqət: Autizm,beynin inkişafına təsir edən bioloji şərtlərdən qaynaqlanaraq,ömürböyudavam edəcək situasiyadır.
7. Autistik pozğunluq ömürboyu eyni dalğada davam edəcək problemdir.
Həqiqət: Son illərdə aparılan araşdırmalar erkən müdaxilələrdə müəyyən düzəlmələr olduğunu kəşf edib.
8. Autizm sadəcə beyin pozuntusudur.
Həqiqət: Araşdırmalar bir çox adamda autizm ilə əlaqəli qastro-intestinal pozuntular, qida həssaslığı və allergiya olduğunu göstərib.
9. Autizmdə valideyn səhvlərinin rolu var.
Həqiqət: 1950-ci ildə ortaya çıxan “soyuducuanahipotezisi”olaraqadlandırılan teoriya emosional yaxınlıqdan uzaq olan anaların səbəb olduğunu iddia edirdi. Bu iddianın səhv olduğu artıq elmə məlumdur.
10. Autizm son 40 ildə durmadan artır.
Həqiqət: Autizm son 20 ildə 60 % artmışdır. 1975-ci ildə 1500-də 1,2009-cu ildə isə 110-da 1 olduğu müəyyən edilib.
11. Autizm xəstələrinin müalicəsi sığortaya daxildir.
Həqiqət: Bir çoxsığorta şirkəti autizm müalicəsini sığorta paketindən kənarda saxlayır. Amerikada 50-yə yaxın ştatda autizm sığortaya daxil edilib.
pahoo.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button