2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Avropa çaşqındır! Yayın ortasında qışı yaşadılar…

2023-08-30 16:46:08

class=”mediyanet-inline-adv”>

Almaniyanın Bavariya əyalətində həftə sonu yağan tufan, dolu və yağış 10 dəqiqə ərzində kəndlərə, qəsəbələrə və təsərrüfatlara böyük ziyan vurub. Güclü yağış və fırtına ilə yağan qoz boyda dolu evlərin dam örtüyünə və günəş enerjisi sistemlərinə ziyan vurub. Bölgəyə yağan güclü dolu nəticəsində heyvanlar da tələf olub.

Saytların yığılması Saytlarin yigilmasi

Almaniya Meteorologiya İdarəsi (DWD) Yuxarı Bavariya, Cənubi Bavariya, Svabiya və Oberpfalz bölgələrini təsir edən fırtınalar səbəbiylə baş verə biləcək yağış və daşqınlara qarşı ictimaiyyəti xəbərdar etdi.

Yuxarı Bavariyanın Bad Bayersoien şəhərində minə yaxın binanın zədələndiyi bildirilib. Şəhərə yağan qoz böyüklüyündə dolunun diametrinin səkkiz-on santimetrə çatdığı müşahidə edilib.

Sığorta şirkəti tərəfindən edilən açıqlamada, son on gündə fermerlərin pis hava şəraitindən mənfi təsirləndiyi və 22 min hektar kənd təsərrüfatı sahəsinin zədələndiyi bildirilib.

class=”mediyanet-inline-adv”>

İSVEÇREDƏ qar yağıb

Almaniyada təsirli olan dolu və yağışlı hava qonşu İsveçrəyə də mənfi təsir göstərib. İsveçrənin Valais bölgəsindəki Zermatt qəsəbəsində rekord qıran 31 dərəcə temperatur qəfildən sıfırın altına düşərək qar yağmasına səbəb olub.

Beş gün ərzində həm yayı, həm də qışı yaşayan qəsəbədə qar yağdıqdan sonra bütün şəhər ağarıb. Almaniyadan İsveçrəyə tətilə gedən və orada doluya düşən alman ailənin dolu səbəbiylə Tesla markalı avtomobilinə böyük ziyan dəydiyi görülüb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button