2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Avropa ilə yanaşı ABŞ-da da bütün elektron cihazlar üçün vahid şarj girişi qanunu qəbul edilə bilər

    Avropa Birliyinin bir neçə müddət bundan öncə qəbul etmiş qərara əsasən Avropa Birliyi ərazisində satılan bütün elektron cihazlar vahid şarj girişi ilə təchiz olunmalıdır. Söhbət, məhz USB Type-C girişindən gedir. Sözügedən qanun 2024-cü ildən qüvvəyə minəcək. İndi isə sözügedən təşəbbüsü ABŞ-ın 3 senatoru ABŞ-da reallaşdırmaq istəyir. Onlar ABŞ-ın ticarət naziri olan Gina Raimondo-ya açıq məktub göndəriblər və həmin məktubda Avropa Birliyinin qəbul etmiş olduğu qanunun həmçinin ABŞ-da da qəbul edilməsinə çağırış ediblər. Göndərilmiş açıq məktubda qeyd edilib ki, amerikalı istehlakçılar müxtəlif cihazlar üçün müxtəlif şarj naqillərindən istifadədən narazıdırlar.

Saytların yığılması Saytlarin yigilmasi

    Məktubun müəllifləri Avropa Birliyi tərəfindən təqdim edilmiş rəqəmlərə istinad veriblər. Belə ki, təkcə şarj cihazları hesabına hər il 11.000 ton elektron tullantı əmələ gəlir. “Bu siyasət elektron tullantıların miqyasını nəzərə çarpacaq dərəcədə aşağı sala və istehlakçıları fərdi cihazlar üçün uyğun gələn şarj naqilinin tapılması və ya alınmasından azad edə bilər. Avropa Birliyi bu istehlakçı və ekoloji problem məsələsində güclü şirkətlərə meydan oxuyaraq cəmiyyətin maraqları üzrə müdrik qərar qəbul edib. ABŞ da eynisini etməlidir” – deyə məktubda qeyd edilib. Qeyd etmək lazımdır ki, USB Type-C girişi faktiki olaraq mobil cihazlarda standart şarj girişi kimi artıq çıxış edir. İstisna olaraq Apple şirkətinin smartfonları və micro-USB-dən istifadə edən büdcəli smartfonlar çıxış edirlər. Son məlumatlara əsasən isə Apple artıq öz smartfonlarında USB Type-C girişini test etməyə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button