Gündəm
Avropa İttifaqı RF sülhməramlılarının Qarabağdan çıxarılmasına təmkinli reaksiya verir
![](https://www.az24saat.org/wp-content/uploads/2024/04/8QLgEK4jX9kvrLuiyEmoiFrjv1CV207ZQ6fGzyNW-1600-900-fit.webp-780x470.webp)
Avropa İttifaqı Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında qərarı necə qiymətləndirir?
Turan Agentliyinin bu sualına Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano belə cavab verib:
“Biz onu deyə bilərik ki, Rusiya qoşunlarının Azərbaycandan çıxarılması haqqında məlumatı diqqətə alırıq. Və əlavə edirik ki, Aİ əvvəlki kimi Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə sadiqdir”.