2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropa İttifaqı:”İnsan hüquqları və qanunun aliliyinə hörmət Avropa İttifaqının Azərbaycanla münasibətlərinin əsasını təşkil edir”

[

Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş sözçüsü Piter Stano Azərbaycanda son həftələrdə bir sıra jurnalistin həbs olunmasına münasibət bildirib.

O deyib ki, Avropa İttifaqı dəfələrlə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlığını azərbaycanlı həmkarlarına çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“İfadə azadlığı və müstəqil media hər yerdə və hər kəsə şamil olunan universal dəyərlərdir. Azərbaycanda insan hüquqlarının vəziyyəti və xüsusilə də müstəqil medianın vəziyyəti bizim azərbaycanlı həmkarlarımızla dəfələrlə qaldırdığımız narahatlıq doğuran məsələ olaraq qalır” – Stano deyib.

O bildirib ki, Avropa İttifaqı 2023-cü ilin 21 dekabr tarixində verdiyi son bəyanatda da vurğuladığı kimi, Azərbaycanı media azadlığı və öz vətəndaşlarının insan hüquqları ilə bağlı daxili və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmaq üçün hər fürsətdən istifadə edir.

Stanonun sözlərinə görə, insan hüquqları və qanunun aliliyinə hörmət Avropa İttifaqının Azərbaycanla münasibətlərinin əsasını təşkil edir.

“Aİ hesab edir ki, əsas hüquqlara, o cümlədən ədalətli məhkəmə və müvafiq hüquqi prosedura hörmət sabitlik və rifah üçün fundamentaldır”.

Onun dediyinə görə, bu səbəblə də Aİ Azərbaycanda insan hüquqları sahəsindəki hadisələrlə bağlı narahatlıqları ifadə etməyə imkan verən bütün forumlarda, o cümlədən illik Aİ-Azərbaycan İnsan Hüquqları Dialoqunda iştirak etməyə davam edəcək.

 

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button