2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropa Komissiyası Rusiyaya Kalininqrada mal aparmağa icazə verir

Avropa Komissiyası (AK) Rusiyaya Kalininqrada sanksiya tətbiq edilən malların idxalına icazə verməyi planlaşdırır. Bu barədə “Şpigel” (Der Spiegel”) Avropa Komissiyasındakı mənbələrə istinadən xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

Qəbul edilən qərara görə, tranzitə icazə verilən malların dəqiq həcmi Litva gömrük sənədləri ilə müəyyən ediləcək. Xüsusi hallarda, tranzit yükün həcmi normadan çox ola bilər, ancaq bu halda Rusiya hər bir istisnanı sübut etməli olacaq.

Avropa Komissiyasının qəbul etdiyi qərar əsasən Almaniya hökumətinin mövqeyini əks etdirir.

Almaniya kansleri Olaf Şolz dəfələrlə vurğulayıb ki, o, NATO-nun Rusiya və Ukrayna arasında müharibənin tərəfinə çevrilməməsi üçün əlindən gələni edəcək. Alman əsgərləri Litvada yerləşdirilib və mümkün münaqişədə iştirak edə bilərlər.

Danışıqlarla tanış olan Litva nümayəndəsinin sözlərinə görə, Almaniya iyunun 18-dən etibarən Avropa Komissiyasına təzyiq göstərir ki, Kalininqrada tranzit üçün sanksiyalar tətbiq olunmasın. Yaxın günlərdə Avropa Komissiyasının qərarının dərc olunacağı gözlənilir.

Kalininqrad vilayəti Litva və Polşa ilə həmsərhəd olan Rusiyanın anklavıdır. İyunun 17-də Aİ sanksiyalarının daxil olmasından sonra Litva Rusiyanın tikinti materialları və metalının tranzitinə qadağa qoyub. Sərnişin daşınması əvvəlki qaydalara uyğun davam edir.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, tranzit Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra və onun rəhbərliyi altında dayandırılıb. İyunun 20-də Rusiya Xarici İşlər Nazirliyi Litvadan Kalininqrad vilayətinə yüklərin tranzitinə qoyulan qadağanı dərhal aradan qaldırmağı tələb edib. İyunun 21-də Aİ-nin Rusiyadakı səfiri izah edib ki, Kalininqradın blokadasından söhbət gedə bilməz və Aİ sanksiyalarına düşməyən malların tranziti “normal işləyir”.

Avropa İttifaqının 4-cü sanksiyalar paketinə uyğun olaraq iyunun 17-dən Rusiyanın İttifaq ərazisinə polad və dəmir məmulatları idxalına məhdudiyyətlər qoyulub. Bundan başqa iyulun 10-dan sement və spirtin, avqustun 10-dan kömür və digər bərk yanacaq növlərinin, dekabrdan 5-dən neft idxalı qadağan edilir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button