2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Avropada “Mehman Hüseynova azadlıq” şüarları səslənib

Martın 12-də Almaniyanın bir neçə şəhərində yenicə həbs olubmuş azərbaycanlı bloqqer Mehman Hüseynova və həbsdə olan digər ictimai fəalların, müxalifət təmsilçilərinin azadlığa buraxılması tələbi ilə aksiyalar keçirilib.
Bu barədə Azadlıq Radiosu Müsavat Avropa Koordinasiya Mərkəzinə istinadən məlumat yayıb.
Aksiyalar Almaniyanın Düsseldorf, Mainz və Nürnberg şəhərlərində, eləcə də, İsveçin paytaxtı Stokholmda eyni vaxta keçirilib.
İştirakçıların tələbləri bloqqer Mehman Hüseynovun dərhal azadlığa buraxılması, jurnalistlərə, ictimai fəallara qarşı hakimiyyətin apardığı radikal addımlarına son verilməsi tələb olunub.

 

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.
Koordinasiya Mərkəzi bu il fevralın 18-də Almaniyada «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirmişdi. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkil edən, eləcə də, aksiyada iştirak edənlərin Azərbaycandakı yaxınlarının polisə çağırıldığı, sorğu-sual edildiyi bildirilirdi.
Müsavat Partiyasının sabiq və hazırkı başqanları İsa Qəmbər və Arif Hacılı, eləcə də partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı da BaşProkurorluğa çağırılmış, onların ifadələri alınmışdı.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button