2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Avropaya ümidlər və müharibə təhlükəsi. Ermənistan Qarabağı itirəndən sonra hara gedir?

Görüşdən az əvvəl Avropa Parlamenti əlaqələrin dərinləşdirilməsinə dair qətnamə qəbul etdi və Ermənistan rəsmiləri Avropa İttifaqına üzv olmaq üçün müraciət etmək imkanından danışmağa başladılar.

Yerevan Avropa ilə müdafiə əlaqələri də qurmağa çalışır. Son aylarda Fransa Yerevanı müasir silahlarla təmin etməyə və Ermənistan ordusuna təlim keçməyə razılıq verib. Aİ-nin Azərbaycanla sərhəddə müşahidəçi missiyası genişlənib.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan müstəqillik illərində Rusiya ilə Qərb arasında manevr etməyə çalışıb, ikincisi ilə texnologiya, təhsil və dövlət idarəçiliyi sahələrində əməkdaşlıq edib, lakin öz təhlükəsizliyini təmin etmək üçün hər zaman Moskvaya ümid bəsləyib.

Lakin bu ümidlər boşa çıxdı. Ermənistan bir çox cəhətdən onun müstəqillik tarixini muəyyənləşdirən Qarabağ münaqişəsində ağır məğlubiyyətə uğradı.

2020-ci ildən 2023-cü ilə qədər, üç il ərzində, Azərbaycan bütün Dağlıq Qarabağa və onun ətrafındakı yeddi rayona nəzarətini hərbi yolla bərpa etdi.

Rusiya sülhməramlılarının ərazidə mövcudluğu Azərbaycan ordusunu dayandıra bilmədi və 2023-cü ilin sentyabrında 100 min Qarabağ ermənisi öz evlərindən qaçdı.

Paralel olaraq, iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədində silahlı toqquşmalar baş verirdi. Və əgər Qarabağın müstəqilliyini Ermənistanın özü daxil, heç bir ölkə tanınmamışdısa, rəsmi sərhəd məsələsində Yerevan Rusiyanın başçılıq etdiyi və bir sıra postsovet dövlətlərin hərbi ittifaqı olan KTMT-nin köməyinə ümid edirdi. Amma bu, baş vermədi.

Bütün bunlar nəinki Yerevandakı qərbyönlü liderlərin, həm də əhalinin geniş təbəqələrinin Rusiyadan məyus olmasına gətirib çıxardı.

Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan deyir ki, baş verənlər Ermənistanda Rusiya haqqında mövcud olan mifin ifşası idi.

“Rusiya, əslində, ya heç vaxt Ermənistan üçün Ermənistan daxilində təsəvvür edildiyi səviyyədə təhlükəsizlik təminatçısı olmayıb, ya da çox uzun müddətdir ki, artıq deyil.”- politoloq BBC ilə söhbətində deyir.

Bu, Rusiyanın Ukraynanı genişmiqyaslı işğalından sonra, rəsmi Moskva konkret və artıq pulu ödənilmiş öhdəliklərini – məsələn, 250 milyon dollar dəyərində silah göndərməyi – dayandıranda aydın oldu.

Yerevanla Moskvanın birgə həyata keçirməyi planlaşdırdığı Ermənistan ordusunun islahatı proqramı da gündəmə gəldi.

Ermənistan Təhlükəsizlik Şurasında işləmiş politoloq Tiqran Qriqoryan da 2022-ci ili dönüş nöqtəsi hesab edir. Həmin ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri iki ölkənin demək olar ki, bütün sərhədi boyunca döyüşlərə başladı. Ermənistan ərazisindəki heç vaxt münaqişə zonası olmayan şəhərlər atəşə tutuldu. Azərbaycan qoşunları bəzi yerlərdə Ermənistan ərazisinə doğru irəlilədilər.

O vaxt Aİ və ABŞ Bakını Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırdı, Ermənistanın rəsmi müttəfiqləri – Rusiya və KTMT isə hər iki tərəfə ünvanlanan ümumi sözlərlə kifayətləndilər.

“Bu prosesə [yeni tərəfdaşlar axtarışına] başlamaq qərarı 2022-ci ilin sentyabr eskalasiyasından sonra, Rusiya bir daha Azərbaycanı cilovlamaq üçün konkret addımlar atmadıqdan sonra qəbul edildi və nəhayət məlum oldu ki, artıq regionda Rusiyanın təhlükəsizlik mexanizmləri işlək deyil”, – Qriqoryan deyir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button