2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AXCP fəalı tələblərinin yerinə yetiriləcəyinə söz verildikdən sonra aclığı dayandırıb

Mayın 15-dən etibarən Umbaki qəsəbəsindəki istintaq təcridxanasında aclıq edən Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev bu gün aclığı dayandırıb. Bu barədə Turan-a onun həyat yoldaşı Şahnaz Əliyeva bildirib.

 Onun sözlərinə görə, bazar ertəsi həyat yoldaşı zəng edib və aclığı müvəqqəti olaraq dayandırdığını bildirib. Fəal bu qərarı hökmdən verilmiş apellyasiya şikayətinə yaxın günlərdə obyektiv baxılacağına söz verildikdən sonra qəbul edib.

Əliyev həyat yoldaşına deyib ki, ona verilən söz yerinə yetirilməsə, yenidən aclığa başlayacaq və sonuna qədər gedəcək. 

Saytların yığılması Saytlarin yigilmasi

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. 

* Elxan Əliyev 2023-cü ilin iyulunda “dələduzluq” və “saxta sənəd hazırlama və istifadə etmə” ittihamı ilə həbs olunub. Fəal ittihamları qondarma adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Mayın 13-də apellyasiya şikayətinə baxılması zamanı Əliyev quru aclığa başlamaq niyyətini açıqlayıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button