2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

AXP Faiq Əmirlinin həbsiylə bağlı bəyanat verdi

24saat.news-a AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsi ilə əlaqədar Azərbaycan Xalq Partiyasının Bəyanatı daxil olub.
 

Bəyanatda deyilir:
Azərbaycan Xalq Partiyası AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin həbsini son dövrdə Azərbaycan iqtidarının genişləndirdiyi siyasi həbslər kampaniyasının tərkib hissəsi hesab edərək pisləyir, repressiyaların dayandırılmasını, F. Əmirlinin və digər həbs edilmiş müxalifətçilərin dərhal azad olunmasını tələb edir.
Azərbaycan Xalq Partiyası habelə AXCP və onun sədri Əli Kərimlinin Fətullah Gülən təşkilatı ilə əlaqələndirməsini tam absurd sayaraq bildirir ki, AXCP və onun rəhbərliyinə, həmin partiyanın yürütdüyü siyasi kursa münasibətindən asılı olmayaraq Azərbaycanda heç kəs belə gülünc və qondarma olduğu açıq – aydın görünən iddialara inanmır və bu barədəki ittihamları ciddiyə almır.
Azərbaycanda Fətüllüh Gülən təşkilatının yuvalandığı, kök saldığı, himayə olunduğu yerlərin haralarda olması, hansı dairələr tərəfindən himayə edilməsi və kimlərdən ibarət olması hamıya bəllidir.
Yaşadığımız və vətəndaşı olduğumuz dövlətdə ictimai rəyin, qanunun, normal məntiqin bu şəkildə heçə sayılması hər bir insanımız tərəfindən özünün şəxsən təhqir olunması və alçaldılması kimi qəbul edilir. Baş verənlər totalitar rejimlər tarixinə dair kitablardan məlum olan ən primitiv siyasi təqib tamaşalarını xatırladır və bu nə Azərbaycana, nə də bu tamaşanın sifarişçisi olan dairələrə baş ucalığı gətirmir və faydası da ola bilməz. Azərbaycan iqtidarı və şəxsən prezident İ. Əliyev bunun fərqində olmalıdır.
21 avqust 2016

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button