2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Ay səthində yarı şəffaf şüşə kürələr aşkar edilib

    Çinin Yutu-2 adlı Ay aparatı Yer kürəsinin peykinin səthində qəribə obyektlərin fotolarını çəkib. Söhbət, yarı şəffaf şüşə kürələrdən gedir. Sözügedən şüşə kürələr 186 km-lik diametrə sahib Fon Karman adlı kraterdə aşkar edilib. Tədqiqatçıların sözlərinə əsasən həmin şüşə kürələr böyük ehtimalla güclü zərbə və ya daha öncə olmuş vulkan aktivliyi nəticəsində baş vermiş istilik reaksiyaları səbəbilə yaranıblar. Ay aparatının şüşə materiala rast gəlməsi təəccüblü bir şey deyil. Belə ki, Ayın səthi çoxlu miqdarda şüşə material ilə zəngindi. Lakin aşkar edilmiş bu şüşə kürələr öz ölçüləri və yarı şəffaf olmaları ilə diqqəti cəlb edirlər. Bir qayda olaraq Ay səthində olan şüşə kürələr adətən 1 mm ölçüyə sahib olurlar. Lakin For Karman kraterində aşkar edilmiş kürələrin ölçüləri 1.5-2.5 sm təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

    Hələ keçən əsr “Apollo” missiyalarından biri çərçivəsində astronavtlar Ay səthindən götürülmüş kiçik şüşə nümunələrini Yer kürəsinə çatdırmışdılar. Lakin həmin nümunələr qara rəngdə idilər. Çox güman ki, Ay səthində olan şüşə kürələr güclü zərbələr nəticəsində baş verən istilik reaksiyaları hesabına yaranırlar. Güclü zərbələr nəticəsində silikatlar maye halına keçid edirlər və kürə formasını əldə edirlər. Zərbə nəticəsində səmaya atılmış kürə formalı maye silikatlar tez bir zamanda soyuyaraq şüşə şəklində Ay səthinə geri dönürlər. Eyni proses vulkan püskürməsi nəticəsində də baş verə bilir. Lakin Ayda artıq uzun müddətdir ki, vulkan aktivliyi müşahidə edilmir. Alimlərin sözlərinə əsasən sözügedən kürələr təqribi olaraq 100.000 il bundan öncə yaranıblar.

24 saat” “Ay səthində yarı şəffaf şüşə kürələr aşkar edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button