Loading...
Loading...
Xəbərlər

Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək təlimlərdə…

Azərbaycan hərbçilərinin Rusiyada sentyabrın 1-dən 7-nə kimi keçiriləcək “Şərq 2022” strateji komanda-qərargah təlimlərində tərəfdaş qismində iştirakı gözlənir.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (RMN) yaydığı məlumatda bildirilir.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB), Şanxay Əməkdaşlıq Təşkilatı və digər tərəfdaş-dövlətlərdən idarəetmə orqanlarının operativ qrupları, hərbi kontingentlər və müşahidəçilər koalisiya qoşun qruplaşmalarının tərkibində birgə fəaliyyəti məşq edəcəklər”, – açıqlamada bildirilir.

Məlumatda Azərbaycanla yanaşı, təlimlərə qatılacaq tərəfdaş ölkələr kimi Əlcəzair, Laos, Monqolustan, Nikaraqua və Suriya da göstərilir.

Bu məlumata, hələlik, Azərbaycan Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Ukraynaya gedəcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin siyahısında ABŞ və İngiltərə yoxdur

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button