Gündəm
Azərbaycan nefti kritik səviyyəyə doğru daha da ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,25 dollar və yaxud 2,59% azalıb.
“Azeri LT CIF” markalı neftin qiyməti 47,06 dollar/barelə bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycan büdcə gəlirləri üçün neftin qiymətini 40 dollar müəyyən edib. Bu qiymət ölkəmiz üçün kritik səviyyədir.
Rusiya neftin yenidən 40 dollara düşəcəyini proqnozlaşdırır.
24saat.org
Mənbə – azadliq.info