Gündəm

Azərbaycan ordusu 19 yaşlı əsgərini itirdi

İbrahim Allahverdiyev Füzuli tərəfdə həlak olub

Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırılan, 1999-cu il doğumlu əsgər İbrahim Ceyhun oğlu Allahverdiyev həlak olub. Bu barədə Meydan TV-yə onun dayısı İlham Cəlilov məlumat verib. Bildirib ki, hadisə 3 gün əvvəl baş verib, dəfn dünən olub:

“Ceyhun Füzulidə hərbi xidmət keçirdi. Düşmən gülləsindən şəhid olub. Yanına da getmişdik. Döyüş bölgəsində idi. İnanın mən də, ailəsi də, qohumları da, hamımız çox pis gündəyik. Çox ağırdır”.

Kəpəz Rayon İcra Hakimiyyətidən Meydan TV-yə bu barədə məlumatlarının olmadığını söyləyiblər.

“Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan son üç gün ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürüldüyünü demişdi.

Azərbaycan Müdafiə Nazirliyi isə bəyanat yayaraq onun açıqlamasını yalanlamışdı. Nazirliyin məlumatında deyilirdi ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi Baş naziri aldadaraq ona yalan məlumat verib:

“Ermənistanın Baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır”.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close