"Azərbaycan qeyri–azad ölkələr sırasında qalıb" - 24 saat xəbərlər
Now Reading:
“Azərbaycan qeyri–azad ölkələr sırasında qalıb”
Full Article 50 second read

“Azərbaycan qeyri–azad ölkələr sırasında qalıb”

”Freedom House” yeni hesabat yayıb

Vaşinqtonda yerləşən beynəlxalq “Freedom House” təşkilatı “Dünyada azadlıq 2019” hesabatını açıqlayıb. “Turan” agentliyinin məlumatına görə, hesabatda Azərbaycan yenə də “qeyri-azad ölkələr” kateqoriyasına daxil edilib.

Azərbaycanın qonşuları – Ermənistan və Gürcüstan “qismən azad ölkələr” qrupuna daxil edilib.

Ümumilikdə hesabatda Özbəkistanda və Ermənistanda demokratik proseslər alqışlanır, eyni zamanda Rusiya və Azərbaycan tənqid olunur.
Təşkilatın sənədində ABŞ-da demokratiyanın ciddi zəiflədiyi vurğulanır.

Bu, prezident Donald Trampın qanunun aliliyinə, jurnalistlərə və demokratik normalara təzyiqində özünü göstərir.

Hesabata görə, Avrasiya ölkələrinin zəngin elitar təbəqəsi hakimiyyətin saxlanması üçün öz vəziyyətlərindən sui-istifadə edirlər.

“Ümimilikdə, 13 ildir ki, qlobal planda azadlıqlarının təminatında reqress müşahidə olunur”, hesabatda deyilir. 86 ölkə “azad” (44%), 59 ölkə (30%) “qismən azad”, 50 ölkə (20%) “qeyri-azad” ölkə kimi tanınıb.

“Ən pislər arasında ən pis” kimi Suriya, Cənubi Sudan, Eritreya, Türkmənistan, Şimali Koreya, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tacikistan, Mərkəzi Afrika Respublikası və Liviya tanınıb.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının FACEBOOK səhifəsini izləyin
Input your search keywords and press Enter.