2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Tbilisidə görüşür

Bu iki ölkə nazirlərinin ilk ikitərfli görüşüdür. Bundan əvvəl mayın ortalarında Düşənbə keçirilən görüşdə Rusiyanın xarici işlər naziri də iştirak etmişdi

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin qonaqpərvərliyi altında başlayıb. Bu, Mirzoyanla Bayramovun ilk ikitərəfli görüşüdür. Xarici işlər nazirlərinin may ayında Düşənbədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun iştirakı ilə üçtərəfli görüşü olub.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir. Bu barədə iyulun 16-da nazirliyin mətbuat xidmət məlumat yayıb.

Qeyd olunur ki, tərəflər iki ölkə arasındakı iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Məlumatda o da vurğulanır ki, nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edib.

Nazirliyin məlumatında deyilir:

“Baş nazir Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb”

Bundan əvvəl iki ölkənin nazirləri mayın 12-də Tacikistanın paytaxtı Düşənbə şəhərində görüşüblər. Bu görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.

Tərəflər görüşdə, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Ötən il də tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Bu il aprelin 6-da isə Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button