2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının birgə iclası keçirilib

Yanvarən 31-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan tərəfi də  eyni məzamunlu məlumat yayıb.  

Saytların yığılması Saytlarin yigilmasi

Görüşün detalları ilə bağlı rəsmi məlumatlar yayılmayıb.

Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində delimitsaiya komissiyasının toplantısında Azərbaycan və Ermənistanın hələ də bir-birnin nəzarətində olan anklavlarla bağlı müzakirələr aparılacağını bildirib. Azərbaycan 8 kəndinin Ermənistanın, Ermənistan isə bir kəndinin Azərbaycanın nəzarətində olduğunu bildirir.

Həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidməti yanvarın 26-da bildirib ki,  Ermənistan mina sahələrinin yeni xəritələrini Azərbaycan tərəfinə verəcək.

Xatırladaq ki, tərəflərin beşinci iclası ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button