2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı əsassız həbsə etiraz edərək batareya udub

Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyevin onun həbsilə bağlı birinci instansiya məhkəməsinin qərarından şikayətini təmin etməyib.

Proses zamanı o bildirib ki,  obyektiv qərar gözləmirdi və protest əlaməti olaraq pultun batareyasını udub, Turan-a Əliyevin tərəfdarları bildiriblər.

“Məhkəmədə Elxan dedi ki, başqa qərar gözləmirdi. O bildirdi ki, bir müddət əvvəl quru aclıq edib, onu inandırıblar tezliklə ya əfv ilə, ya da Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxacaq. 25 may tarixli əfv siyasi məhbuslara şamil olunmadığına görə o əmin oldu ki,  Apellyasiya Məhkəməsi şikayəti təmin etməyəcək”, – partiya üzvlərindən biri deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Əliyev hökmü qanunsuz və sərt hesab edir, çünki cinayət törətmədiyi halda zərərçəkmişə dəymiş ziyanı ödəyib.

Vəkil Nemət Kərimli məlumatı təsdiqləyərək deyib ki, Əliyev məhkəmədə bildirib ki, batareya udub və öz həyatına son qoymaq istəyir.

* Elxan əliyev 2023-cü ilin iyulunda “dələduzluq” və “saxta sənəd hazırlamaq və istifadə etmək” ittihamı ilə həbs edilib. Fəal ittihamları uydurma adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Mayın 13-də apellyasiya şikayətinə baxılarkən Elxan Əliyev quru aclığa başlamaq niyyətində olduğunu bildirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button