Loading...
Loading...
İqtisadiyyat

Azərbaycana idxal edilən bu məhsullar gömrük rüsumundan azad edildi – SİYAHI

Gələn il yanvarın 1-dən xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər istisna olmaqla, Azərbaycana idxal edilən plastmas xammalları idxal gömrük rüsumundan azad edilib.

Bizimyol.info APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər gömrük dəyərlərinin 15 faizi həcmində idxal gömrük rüsumuna cəlb edilir. Yeni qərara əsasən, bu mallar üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.

Xüsusi çəkisi 0,94-dən az olan polietilen, xüsusi çəkisi 0,94 və ya daha çox olan polietilen, ilkin formalarda propilenin və ya digər olefinlərin polimerləri, stirol polimerləri, vinilxloridin və ya digər hallogenləşdirilmiş olefinlərin polimerləri, vinilasetatın və ya digər mürəkkəb vinil efirlərinin polimerləri, vinilin digər polimerləri, akril polimerləri, poliasetallar, digər sadə poliefirlər və epoksid qatranlar, polikarbonatlar, alkid qatranları, mürəkkəb poliallil efirləri və digər mürəkkəb poliefirlər, poliamidlər, amino-aldehid qatranları, fenolaldehid qatranları və poliuretanlar, və silikonlara tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv edilib. Gələn il yanvarın 1-dən başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, ilkin formalarda neft qatranları, kumaron-inden qatranları, politerpenlər, polisulfidlər, polisulfonlar, sellüloz və onun kimyəvi törəmələri təbii polimerlər (məsələn, alqin turşusu) və modifikasiya olunmuş təbii polimerlər (məsələn, bərkidilmiş proteinlər, təbii kauçukun kimyəvi törəmələri), o cümlədən plastmas tullantıları, qırıntılarına da 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilməyəcək.

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button