XəbərlərYerli biznes xəbərləri
Azərbaycana plastmassa ixracından 243 milyon dollar valyuta daxil olub
![Azərbaycana plastmassa ixracından 243 milyon dollar valyuta daxil olub](https://www.az24saat.org/wp-content/uploads/2023/07/Azərbaycana-plastmassa-ixracindan-243-milyon-dollar-valyuta-daxil-olub-780x470.jpg)
2023-cü ilin 6 ayı ərzində (yanvar-iyun) Azərbaycandan statistik dəyəri 243 milyon 67 min dollar olan 269 225 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayı ilə müqayisədə Plastmassa və onlardan hazırlanan məmulatların ixracı dəyər ifadəsilə 43% artıb, miqdar ifadəsilə 73% artıb.
Ötən ilin eyni dövründə Azərbaycandan 170 milyon 312 min dollar dəyərində 155 908 ton Plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.