Azərbaycanda “aqua park”lara giriş qiymətləri – SİYAHI
Bildiyimiz kimi, artıq Azərbaycanda çimərlik mövsümü başlayıb. Bəzi istirahət mərkəzlərində dəniz kənarı ərazilərlə birlikdə əhali akvaparkların xidmətlərindən də istifadə edə bilərlər.
Bu gün ölkəmizdə olan akvapark və hovuzlar əksər hallarda hər hansı istirahət, fitness və SPA mərkəzinin və ya otelin tərkibində fəaliyyət göstərir. Bu tip obyektlərdə giriş haqqı xidmətlərin sayından, atraksiyonların müxtəlifliyindən, uşaqlar və böyüklər üçün ayrıca hovuzların olub-olmamasından və bir sıra digər amillərdən aslı olaraq əhəmiyyətli dərəcədə dəyişir.
Banker.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra akvapark və hovuzlarda giriş qiymətləri aşağıdakı kimidir:
Dalğa-da bazar ertəsi və çərşənbə axşamı giriş – 20 AZN; çərşənbə, cümə axşamı, cümə, şənbə günü giriş – 25 AZN; bazar günü giriş – 30 AZN-dir. Dalga Lite-a giriş isə həftə içi Xanımlar üçün – Pulsuz, Bəylər üçün – 10 AZN, 0-6 yaş – Pulsuz və 6-13 yaş – 5 AZN təşkil edir. Şənbə və Bazar günləri Xanımlar üçün – 10 AZN, Bəylər üçün – 15 AZN-dir. Həmçinin, “Dalğa beach”də qadınlar üçün ayrı hovuz var.