Loading...
Loading...
Texnologiya

Azərbaycanda iPhone 13 almaq üçün neçə gün işləmək lazımdır?

    Mütəmadi olaraq beynəlxalq araşdırma şirkətləri hər il yeni iPhone təqdim olunan kimi müxtəlif ölkələr üzrə həmin iPhone-u alacaq insanların neçə gün işləmələrinin lazım olması ilə bağlı araşdırma dərc edirlər. Lakin bu aradşdırmaların bir çoxunda Azərbaycanla bağlı məlumat yer almır. Biz də eləmdəik tənbəllik həmin şirkətlərin hesablama metodu və bizim statistika komitəmizin verdiyi məlumatlar əsasında bir azərbaycanlının iPhone 13 Pro almaq üçün neçə gün işləməli olduğunu hesabladıq. 

    Picodi.com araşdırma şirkətinin 2021-ci il üzrə hesabatına əsasən 1 amerikalı iPhone 13 Pro almaq üçün 5.9 gün, isveçrəli 4.4 gün norveçli 7.2 gün, yapon 10.2 gün və türk vətəndaşı 92.5 gün çalışmalıdır. Bu rəqəmlər hesablanma aparılan ölkədə rəsmi satışda olan iPhone 13 Pro modelinin 128 GB daxili yaddaşlı versiyasının qiyməti və həmin ölkədə rəsmi olaraq elan edilən ümumi orta əmək haqqı əsasında hesablanıb. 

    Eyni hesablama metodunu Azərbaycanda tətbiq etmək üçün Azərbaycanda rəsmi satışda olan iPhone 13 Pro-nun qiymətinə nəzər saldıq. 128 GB daxili yaddaşlı iPhone 13 Pro-nun Azərbaycanda nə az nə çox  2899 manata nağd alışda satıldığının şahidi olduq. 

    Eyni hesablama qaydasını tətbiq etmək üçün 2022-ci ilə görə statistika komitəsinin proqnozlaşdırılan orta aylıq əmək haqqını məbləğini tapdıq. Komitədən verilən məlumata görə 2021-ci ildə 742 manat 80 qəpik olan orta əmək haqqı bu il üçün 807 manat 60 qəpik olaraq proqnozlaşdırılıb. Ay ərzində ortalama 21 iş gününün olduğunu nəzərə alıb, bu proqnozlaşdırılan məbləği həmin 21 rəqəminə bölüb, orta statistik azərbaycanlının 1 günlük əmək haqqı miqdarının 2022-ci il üçün 38 manat 45 qəpik olduğunu müəyyənləşdirdik.

    Bu hesablamadan yola çıxıb Azərbaycanda satışa təqdim olunan iPhone 13 Pro-nun 2899 manat oldğunu nəzərə alsaq, bu cihazı almaq üçün orta statistik azərbaycanlının 75.3 gün işləməsi lazımdır.

 

24 saat” “Azərbaycanda iPhone 13 almaq üçün neçə gün işləmək lazımdır?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  “Whatsapp” irimiqyaslı yeniləmələr edəcək: RƏSMİ

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button