2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda jurnalistlərin həbsi: 7 suala cavabda

Jurnalistlər niyə həbs olunub? Hökumət bu həbsləri necə əsaslandırır? Yerli və beynəlxalq reaksiyalar nədir?

BBC News Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumət onları ölkəyə qanunsuz yolla pul gətirməkdə ittiham edir.

Ancaq jurnalistlər həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Polis tərəfindən ofisi möhürlənərək fəaliyyəti dayandırılan Toplum TV-nin əməkdaşı Alya Yaqublu deyir ki, Azərbaycanı “Şimali Koreyaya bənzətmək yolu” seçilib.

“Ölkədə nə qədər problem var. İnsanlar necə böyük maddi sıxıntılar içərisində yaşayırlar. Bunlardan danışmaq olmaz? Xoşlarına gəlmir? Hə, o zaman belə də davam etsinlər”, – o, BBC-yə deyib.

Ötən ilin sonlarından bəri ölkədə 15-dən çox jurnalist və media təmsilçisi həbs olunub.

Ən son həbs olunan meclis.info saytının təsisçisi İmran Əliyevdir. Yaxınları onun həbsini “Abzas Media” işi ilə əlaqələndirir.

Hazırda Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli ilə birgə media orqanının 5 əməkdaşı həbsdədir, iki əməkdaşı məhkəmə qərarı ilə ev dustağıdır.

O cümlədən, Abzas Medianın 6, Kanal 13-ün 2 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Onların hamısı qaçaqmalçılıqda ittiham olunurlar. Kanal 13-ün bir əməkdaşı – Bakı ofisinin rəhbəri 1 aylıq inzibati həbsdən sonra azadlığa çıxıb.

Kanal 11 TV-nin rəhbəri jurnalist Teymur Kərimovun işi üzrə isə istintaq artıq yekunlaşıb.

Onun məhkəməsi aprelin 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb.

Həbs olunan jurnalistlərin heç biri barələrindəki ittihamları qəbul etmir. Onlar həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button