Now Reading:
Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı

Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı

Azərbaycanda minimum əməkhaqqı 180 manat oldu. 24saat.org xəbər verir ki, minimum aylıq əməkhaqqının artırılması bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. President.az saytında yer alan Sərəncamında dəyişiklik edilməsi barədə sərəncamda deyilir: .

Minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faizdir. Özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Az24saat.org qeyd edir ki, minimum əməkhaqqının artırılması VÖEN əsasında xidmət müqaviləsi fəaliyyət göstərən fiziki şəxslər aylıq məcburi sosial sığorta ödənişləri daha artıq ödəmələrinə səbəb olacaq. Belə ki, minimum əməkhaqqı 130 manat olan zaman məcburi sosial sığorta ödənişi bu məbləğin 20 faizi qədər idi (regionlar üzrə 12 faiz). Son vergi dəyişikliklərindən sonra isə aylıq məcburi sosial sığorta ödənişləri bütün ölkə üzrə minimum əməkhaqqının 25 faizi məbləğində müəyyən edilib. Bu isə hazırda 45 manat təşkil edir. Beləliklə, indiyədək Bakıda 26 manat, regionlarda isə 15.60 manat ödəyənlər, bundan sonra 45 manat ödəməli olacaqlar.

Günel Məmmədova

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin
Input your search keywords and press Enter.