2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Avto xəbərlərXəbərlər

Azərbaycanda sərnişindaşımalar üçün yeni buraxılış kartları veriləcək

Azərbaycanda sərnişindaşımalara görə buraxılış kartları veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bügünkü iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişkiliyə əsasən, qanuna yeni aşağıdakı anlayışlar daxil edilir:

– analoq taxoqraf – bu Qanunun 57-1-ci maddəsınin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsınin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasıtəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;”.

Həmçinin dəyişikliyə əsasən, aşağıdakı məzmunda 1.0.25 -1.0.36-ci maddələr əlavə edilir:

“1.0.25. rəqəmsal taxoqraf – bu Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomatik rejimdə avtonəqliyyat vasıtəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasıləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektron nəzarət cihazı;

1.0.26. rəqəmsal taxoqraf kartı – sürücünün ış və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin edən inteqral mikrosxemli kart;

1.0.27. sürücünün taxoqraf kartı – avtonəqlıyyat vasitəsini idarə edərkən sürücünün iş və istirahət dövrlərinə dair müvafıq məlumatların saxlanılması və sürücünün şəxsiyyətinin eyniləşdirilməsi üçün istifadə edılən rəqəmsal kart;

1.0.28. daşıyıcının taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafıq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən daşıyıcıya məxsus rəqəmsal kart;

1.0.29. emalatxana taxoqraf kartı – rəqəmsal taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi, kalibrlənməsi və onlara texniki xıdmətin göstərilməsi, eyni zamanda rəqəmsal taxoqrafdan məlumatların yüklənilməsi üçün istifadə edilən rəqəmsal kart;

1.0.30. nəzarətçi taxoqraf kartı – sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarına məxsus rəqəmsal kart;

1.0.31. formulyar- qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd;

1.0.32. bilet-uçot vərəqi – şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı müvafiq icra hakimiyyətı” orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron formada doldurulan sənəd;

1.0.33. taksi sifarişi xidməti – telekommunikasiya vasitələrindən istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib həmin daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə bağlı ödənişli xidmət;

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button