2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan Əfqanıstan vətəndaşı məhkəməyə çıxacaq

Azərbaycan ərazisində terror aktı hazırlamaqda ittiham olunan Əfqanıstan vətəndaşı, 34 yaşlı Favzan Musa Xan məhkəmə qarşısına çıxacaq.

Onun işi üzrə hazırlıq iclası iyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Şəlalə Həsənovanın sədrliyilə olacaq.

Azərbaycana gələn əfqan 2023-cü ilin iyulunda saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

O zaman Dövlət Təhlükəsizliyi Xidməti bildirmişdi ki, Xan terror aktının planlaşdırılması üçün Bakıda ölkələrdən birinin səfirliyinin binasını gözətləyib.

İstintaqın məlumatına görə, Əfqanıstan vətəndaşı “odlu silah və partlayıcı maddələri əldə etməkdən ötrü maddi dəstək almaq üçün digər şəxslərlə əlaqə saxlayıb”.

Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələrilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terror aktının hazırlanması, silah və partlayıcı maddələrdən istifadə etməklə) cinayət işi başlanıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button