Loading...
Loading...
İqtisadiyyat

Azərbaycanın bank sektorunda müştəri hesablarının sayı bu il 2,6 mln artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun müştəri hesablarının sayı aylıq müqayisədə 1,9 % və ya 449 min 302 ədəd artaraq 23 milyon 765 min 975-ə çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.

Məlumata görə, hesabların 85,3 %-i və ya 20 milyon 80 min 384-ü cari hesablar, 13,7 %-i və ya 3 milyon 245 min 898-i kredit hesabları, 1 %-i və ya 239 min 693-ü isə depozit hesabları təşkil edib. İyul ayında cari hesablar 1,8 %, kredit hesabları 3 %, depozit hesabları 1,9 % artıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank sektorunda müştəri hesablarının sayı 2 milyon 586 min 458 ədəd və ya 12,2 % artıb

report

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  "Müharibə davam etsə, Rusiya hökuməti ixracın qarşısını alsa…"

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button