2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanla bağlı daha 4 element UNESCO siyahısına daxil edilib

4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 6-da Mədəniyyət Nazirliyindən bildirilib.

Siyahıya əlavə olunan elementlər bunlardır:

Saytların yığılması Saytlarin yigilmasi

– Aydınlanma sənəti: Təzhib;

– İftar və onun sosial-mədəni ənənələri;

– Balaban/ney sənətkarlığı və ifaçılıq sənəti;

– Sədəfdüzmə sənətkarlığı.

“Balaban sənətkarlığı və ifaçılıq sənəti” nominasiyasını Azərbaycanın Türkiyə ilə birgə təqdim edib. “Təzhib sənəti” nominasiyasını Azərbaycan İran, Tacikistan, Türkiyə və Özbəkistanla, “İftar və onunla bağlı sosial-mədəni ənənələr” nominasiyasını Azərbaycan İran, Türkiyə və Özbəkistanla və “Sədəf sənətkarlığı” nominasiyasını Azərbaycan Türkiyə ilə birgə təqdim edib. 

Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan Azərbaycan elementlərinin sayı 23-ə çatıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button