2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan əhalisinin xərclərinin yarısı ərzağa yönəlir

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 26,3 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,5%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. (apa)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button