2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan AŞPA-da bəyanatla çıxış edib

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də strukturun iclasında bəyanatla çıxış edib. 

Azərbaycan Avropa Şurasına üzv olanda ümid edirdi ki, bu təşkilat Ermənistanın hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcək.

2001-ci ildən 2020-ci ilə qədər 19 il ərzində AŞPA işğalçı dövləti – Ermənistanı qınamayıb. Bu, etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına açıq-aşkar hörmətsizlikdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bu gün Strasburqda yayılan bəyanatında deyilir.

“Azərbaycanın tarixi qələbəsindən və ərazi bütövlüyünün bərpasından sonra Azərbaycanı ləkələmək və Azərbaycan xalqına qarşı inkar edilmiş ədalətin bərpası istiqamətində ölkənin nailiyyətlərinə kölgə salmaq üçün təşkil edilmiş qarayaxma kampaniyası ilə üz-üzəyik”, sənəddə qeyd edilir.

“Təəssüf ki, AŞPA bəzi üzv dövlətlərə hücumlar üçün platforma kimi istifadə olunur. Bəzi qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqları üçün sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm üstünlük təşkil edən praktikaya çevrilib”, – deyə bəyanatda vurğulanıb.

Nümayəndə heyəti bildirirb ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinə etiraz etmək təşəbbüsünü Azərbaycanda mövcud seçki prosesinə müdaxilə cəhdi, ölkədə demokratik təsisatları sarsıdan “məkrli addımların” nümunəsi kimi qiymətləndirir.

“Nümayəndə heyətimizin səlahiyyətlərinin təsdiqindən imtina təklifi bütövlükdə Avropa Şurasının nüfuzuna və qərəzsizliyinə ciddi zərbə olacaq və onun ciddi və geridönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək”.

Sənəddə bildirlir ki, dünyada heç kim, o cümlədən “bu otaqda oturanlar Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz”. AŞPA tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı aparmayıb.

“AŞPA-da dözülməz irqçilik, azərbaycanfobiya və islamofobiya fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”,  sənəddə qeyd edilir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button