2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“Azərbaycan avtoritarizmdən monarxiyaya keçid edir”

24saat.org Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış hüquqşünas Vidadi Mirkamalla müsahibəni təqdim edir.

– Vidadi bəy, bir hüquq ictimaiyyətinin nümayəndəsi olaraq Referendum Aktına münasibətiniz necədir?

– Bu hüquqi nihilizmdir. Azərbaycan Respublikasının Konstitusiya sənədi özündə olan dəyişikliklərlə bağlı məsələləri nəzərdə tutub, qanunvericilik bazası formalaşıb. Və bu qanunvericilik sistemində konstitusiyaya hansı dəyişikliklər və əlavələrin edilə biləcəyi nəzərdə tutulub. Əslində qalanda Referendum Aktının hazırlanması geniş xalq kütlələrinin ictimai müzakirəsindən sonra ortaya çıxmalıdır. Ancaq qəfildən ortaya belə bir layihənin çıxarılması bir məsələ. İndidən sonra referendum təyin ediləcək və xalq öz sözünü deyəcək. Burada birmənalı qayda da Azərbaycan xalqı referendumla bağlı rəyini bildirməkdən mərhum edilib. Faktiki olaraq bu sənədlə bağlı ictimai müzakirələr aparılmayıb və Konstitusiya Məhkəməsi akta müsbət rəyini verib.
İkincisi, bu qısa müddət ərzində Azərbaycan konstitusiyasına edilən üçüncü düzəlişdir. Birinci konstitusiya dəyişikliyi 2002-ci ildə oldu, baş nazirin səlahiyyətləri artırıldı. Sonra indiki prezident baş nazir oldu və daha sonra prezidentliyə gəldi. Daha sonra 2009-cu ildə referendum keçirildi və prezidentlik müddəti aradan qaldırıldı. Halbuki həmin vaxt İlham Əliyev prezident idi və bilirdi ki, konstitusiya ilə iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu dəyişiklikdən sonra indiki prezident üçüncü müddət üçün də postunu qorudu. Əslində baxanda referendumla aktlarının hər üçündə konstitusiyaya əlavələr edilib. Konstitusiyanın birinci maddəsinə görə, hakimiyyəti xalq formalaşdırır. Yəni xalqın seçdiyi şəxslər ölkəyə rəhbərlik edirlər. Amma indiki dəyişikliklərdə xalqın seçmədiyi şəxslərin də ölkəni idarə etmək imkanı yaranır.

Saytların yığılması Saytlarin yigilmasi

– Siz vitse-prezidentlik institutunu nəzərdə tutursunuz?

– Bəli. Siz, fikir verin. Dəyişikliyə əsasən əgər prezident ölkədə yoxdursa və ya öz səlahiyyətlərini yerinə yetirə bilmirsə, bu zaman I vitse-prezident onun səlahiyyətlərini icra edə bilər. I viste-prezident kimdir? Prezidentin təyin etdiyi şəxsdir. Başqa sözlə onu xalq seçməyib, formal olsa da, Milli Məclisdə təsdiq edilməyib. Bütün bunlar onu göstərir ki, Azərbaycan avtoritarizmin yüksək zirvəsindən monarxiyaya keçid edir. Görünən budur ki, bu dəyişikliklərin mənası və məqsədi geniş xalq kütlələrinə aydındır. Fikrimcə, hakimiyyətin möhkəmlənməsi lazım olanda belə dəyişikliklərə gedilir və sənəd xalqa qəbul etdirilir. Avtoritar rejim daxilində Konstitusiya Məhkəməsi Referendum Aktını müzakirəsiz qəbul etdi, indi bu dəyişikliklər səsverməyə gedəcək. Parlament və prezident seçkilərinin nəticələri ilə bağlı Avropa strukturları 57 % saxtakarlıq olduğunu ifadə ediblər. Deməli saxtakarlıq üçün 51 %-də yetərlidir və bu qayda ilə müzakirə etdiyimiz sənədi qəbul etdirə bilərlər.

– Ancaq zəif olsa da, Referendum Aktına qarşı olan qurumlar da var…

– Mənim fikrimcə, belə bir vəziyyətə ölkədə ki, vətəndaş cəmiyyəti qurumları, müxalif siyasi partiyalar gücü bir yerə qoyaraq referendum Aktına qarşı çıxmalı, onun qəbul edilməməsi üçün əlindən gələni etməlidir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan bütün metod və variantlardan istifadə olunmalıdır.

– Sizcə, Referenduma çıxarılan əlavə və dəyişikliklər hüquqi sənəddir?

– Mən hesab edirəm ki, burada hüquq haqqında danışmaq doğru olmazdı. Bu sənəd birmənalı olaraq siyasi xarakterlidir, məqsəd hakimiyyəti saxlamaq və onun ömrünü uzatmaqdır. Üstəlik nəzərə alın ki, burada ortaya maraqlı nüanslarda çıxır.

– Hansı nüansları nəzərdə tutursunuz?

– Hakimiyyətin iqtisadi-maliyyə imkanları getdikcə zəifləyir. Əslində öncədə Azərbaycanın iqtisadiyyatı güclü deyildi. Sadəcə olaraq ölkəyə neft pulları gəldi və hakimiyyət iqtisadiyyatda köklü islahatlar aparmaq əvəzinə özünü təriflətmək üçün böyük layihələrə maliyyə xərclədi. Böyük idman yarışları keçirdi, milyardlarla pul xərclədi. Üstəlik infrastruktur layihələri həyata keçirdi-yollar çəkdi, körpülər tikdi, inzibati binalar təmir edildi və s. Üstəlik də, bu zaman maliyyə yeyintilərinə yol verildi. Bütün bunların əvəzinə ölkədə iqtisadi, siyasi və hüquqi islahatlar aparılsaydı başqa mənzərə yaranardı. Baxın, Gürcüstanın bizim qədər böyük imkanları yoxdur, amma bu ölkədə adambaşına gələn düşən gəlir bizdəkindən çoxdur və ya ümumdaxili məhsul Azərbaycana yaxınlaşır və s. Məncə, hakimiyyət görür ki, 2018-ci ildə onun seçilmək şansları azalır. Çünki 2018-ci il Azərbaycan iqtisadiyyatı üçün ən ağır və aşağı hədd olacaq. Odur ki, indi referendum keçirib birdəfəlik 7 il seçilmək xətti götürülür. Hesab edirəm ki, müxalif qüvvələr bütün imkanlarından istifadə edərək qanun çərçivəsində buna qarşı çıxış etməli, fəaliyyət sərgiləməlidir.

– Amma nəzərə alın ki, Azərbaycan müxalifəti dağınıq durumdadır…

– Əvvəla, bunun üçün müxalifətin birləşməsinə, bir çətir altında olmasına ehtiyac yoxdur. Məsələn, KXCP və ətrafında olan 4-5 partiya əgər real müxalif mövqeyindədirsə mövqelərini ortaya qoyaraq xalqı ayağa qaldırsınlar, əks təbliğat aparsın. Milli Şura birmənalı bəyan edib ki, bununla bağlı bütün tədbirlər görüləcək, xalq kütlələri arasında təbliğat işi aparacaq.

– Müsavat Partiyasının mövqeyindən nə gözləyirsiniz, əməkdaşlıq ola bilərmi?

– Müsavat Partiyası həqiqi müxalif mövqedə durursa öz mübarizəsini aparsın. Ona mane olan kimdir? Artıq cəmiyyətdə o mesajı verməyə ehtiyac yoxdur ki, mübarizə aparmaq üçün hər kəs bir arada olmalıdır. Hərə öz mübarizəsini aparsın. Bu Referendum Aktının keçirilməməsi üçün kifayət edə bilər. Əsas odur ki, ortaya real mövqe qoyulsun. Vacib deyil ki, bunun üçün kimsə kiminsə yanında otursun.

– Müxalifətin, vətəndaş cəmiyyətinin resurslarını yetərli hesab edirsinizmi?

– Hələ ki, yetərli saymıram. Mənə elə gəlir ki, həqiqi müxalifət qüvvələri bütün resurslarını səfərbər etməli, insanlar arasında ciddi təbliğat işi aparmalıdır. Başqa yol yoxdur.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button