2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan siyasətçilər və fəallar Navalnının ölümü barədə

Həbsdə olan fəal Bəxtiyar Hacıyev rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı müraciət edib.

“Aleksey Navalnının qəfil ölümü dünyanın hər tərəfində azadlıq, ədalət və demokratiya uğrunda mübarizə aparan səxslər kimi məni də dərindən sarsıtdı”, – Hacıyev qeyd edib.

O, bir tərəfdən siyasi məhbusların azad edilməsini tələb edib, digər tərəfdən isə jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai fəalların ağır şəraitdə həbsdə saxlanılmasını sakitcə izləyib avtoritar rejimləri “etibarlı tərəfdaş” adlandıran Qərb rəsmi şəxslərini “ikiüzlülüyə” son qoymağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Heç kim zəmanət verə bilməz ki, Rusiyadakı faciə və qətl başqa avtoritar ölkələrdə təkrarlanmayacaq. Navalnının ölümündə Kreml hərəkətlərinə görə məsuliyyət daşıdığı qədər Qərb liderləri də hərəkətsizliyinə görə mənəvi məsuliyyət daşıyırlar!”, – Hacıyev  qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  lideri Əli Kərimli hesab edir ki, Navalnının ölümü “bütün dünyanı silkələməlidir”.

“Yatmış vicdanlar ayılmalıdır. Bütün dünya başa düşməlidir ki, hər bir diktatura mahiyyətcə antibəşərdir. Dünya liderləri başa düşməlidirlər ki, diktaturalara, avtoritar rejimlərə tolerant, səbrli, dişsiz, tərəddüdlü münasibət həmin rejimlərin əzdiyi milyonlarla insana qarşı haqsızlıq və ədalətsizlikdir”, – Kərimli Facebook-da yazıb.

“O ölsə də, mənən qalibdir. O öz ölümü ilə də Rusiyadakı rejimə sarsıdıcı zərbə vurdu. İnanıram ki, nə Rusiya xalqı, nə də beynəlxalq birlik bu cəsur, fədakar siyasətçinin qatili olan rejimi bağışlayacaq. Putin rejiminin süqutu sürətlənəcək”, – o yazıb.

Müsavat Partiyasının rəhbəri Arif Hacılı hesab edir ki, Aleksey Navalnının ölümü Rusiyada siyasi vəziyyətə ciddi təsir edəcək.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının fikrincə, Navalnı “qalib kimi getdi”.

“Putin bu qədər resursla, bu qədər güclə Navalnını sındıra bilmədi. Tarix onu diktatora qalib gələn şəxs kimi yaddaşlarda saxlayacaq!”, – Qasımlı qeyd edib.

Seçkilərin Monitoriqni və Demokratiyanın Tədrsim Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, Navalnı Rusiyada azadlıq və demokratik dəyişikliklər uğrunda canını fəda etmiş siyasi xadimdir.

“Rusiya belə cəsur insanların ölümünə biganə qalmaqla  öz tarixinin ən rüsvayçı dövrünü yaşayır”,- o qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button