2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan və İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, siyasi, iqtisadi, enerji, humanitar sahələrdə geniş əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliya Senatının Avropa Birliyi siyasət daimi komissiyasının sədri, senator Culio Terzi, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri, senator Marko Skuria, İtaliya Deputatlar Palatasının Xarici əlaqələri daimi komissiyasının üzvü, deputat Ettore Rosatodan ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə əlaqələrimizin hazırkı yüksək səviyyəyə yüksəlməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti, bu xüsusda səfər mübadilələrinin vacibliyi qeyd olunub.

Nazir müavini post-münaqişə dövründə bölgədə davamlı sülhün bərqərar olması istiqamətində Azərbaycanın səyləri, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

İtalyan parlamentarilər Azərbaycanın İtaliyanın mühüm strateji tərəfdaşı, regionun lider ölkəsi olduğunu, bölgədə sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin təqdirəlayiq olduğunu bildiriblər.

Görüşdə, habelə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsində rolu və birgə maraq kəsb edən digər mövzular barədə də fikir mübadiləsi aparılıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button