2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda dərmanlar bahalaşacaq? – Açıqlama

Tarif Şurası Azərbaycanda dərmanların qiymətlərinin bahalaşması haqda məlumatlara münasibət bildirib.

AZXEBER.COM tarif şuranın saytına istinadən xəbər verir ki, qiymətlərinin bahalaşması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlarla əlaqədar dövlət qeydiyyatına alınan 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilən qiymətlərlə satışdadır. Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilən qiymətləri isə cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcəyi bildirilib.
1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.
Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyildir.
Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilmişdir (keçid: http://tariff.gov.az/documents/DVA.pdf).

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button