2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanlı siyasi mühacirlər F.Xəlilov və digər fəalların azad edilməsini tələb edirlər

İnsan Hüquqları İnstitutu (İHİ) və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təmsil etdiyi Sürgündə Azərbaycan Vətəndaş Koalisiyası (AZEX) əlil hüquq müdafiəçisi Famil Xəlilovun həbsinə görə Azərbaycan hakimiyyətini qınayır və dərhal azadlığa buraxmağa çağırır.

AZEX Xəlilovun həbsini COP-29 İqlim Konfransı ərəfəsində hakimiyyətin vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı apardığı genişmiqyaslı repressiv kampaniyanın tərkib hissəsi kimi ədalətsiz və siyasi motivli təqibin növbəti bariz nümunəsi kimi qiymətləndirir, bu kampaniya nəticəsində onlarla tanınmış jurnalist və hüquq müdafiəçisi həbs edilib, siyasi məhbusların ümumi sayı 300 nəfərə çatıb.

Koalisiyanın bəyanatında qeyd edilir ki, bu il mayın 2-də hər iki qolunun iflic olması səbəbindən daim üçüncü şəxslərin köməyinə ehtiyacı olan Xəlilova qarşı əsassız polis əməliyyatı təşkil edilib, nəticədə 50-yə yaxın polis əməkdaşı hüquq müdafiəçisinin həyat yoldaşı və üç azyaşlı uşağı ilə yaşadığı evə basqın edib.

Saytların yığılması Saytlarin yigilmasi

Axtarış zamanı polislər mətbəx şkafına içərisində ağ rəngli toz halında olan kiçik çanta qoyub, bundan sonra Xəlilovu, həyat yoldaşı və uşaqlarını saxlayaraq polis bölməsinə aparıblar.

Polis idarəsində bir neçə saat ərzində Xəlilovun özünə işgəncə verib, ondan polis basqını zamanı ələ keçirilən smartfon və noutbukun kilidini açmağı tələb ediblər. Xəlilovun cihazlarının kilidini açmaqdan imtina etdiyini görən polis onun iki azyaşlı qızına təzyiq göstərməyə başlayıb. Polis əvvəlcə hüquq müdafiəçisinin 11 yaşlı qızı Şems Xəlilovanı ayrı otağa aparıb, valideynlərinin və vəkillərinin iştirakı olmadan ona 20 dəqiqə psixoloji təzyiq göstərərək atasının telefonunun və kompüterinin kilidini açmasını tələb ediblər. 11 yaşlı uşaqdan rədd cavabı alan polis 8 yaşlı Qəmər Xəlilova ilə də eyni addımı atıblar və o, psixoloji təzyiqə tab gətirməyərək atasının smartfonunun kilidini açıb. Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova da mənəvi təzyiq və təhqirlərə məruz qalıb və ondan ərinin kompüterinin kilidini açması tələb olunub.

 AZEX hesab edir ki, hakimiyyətin Xəlilova qəzəbi onun sosial şəbəkələrdə, xüsusən də Xəlilovun videolarının minlərlə baxış topladığı TikTok platformasındakı fəaliyyəti ilə bağlıdır.

“Bu səbəbdən Xəlilovun smartfonuna giriş əldə edən polis TikTok-dakı bütün yazıları və materialları silib. O, postlarında əlillərin, uşaqların, qocaların və qadınların sosial-iqtisadi və siyasi hüquqlarının pozulması ilə bağlı problemləri qaldırıb”, deyə bəyanatda qeyd edilir.

Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olub, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb. İsveç miqrasiya orqanları səhvən Famil Xəlilova Azərbaycanda təhlükə olmadığını hesab edib, ona qaçqın statusu verməkdən imtina edib və 2023-cü ilin iyununda həyat yoldaşı və uşaqları ilə birlikdə zorla Azərbaycana deportasiya edib.

AZEX İsveç hakimiyyətini “Famil Xəlilovun azad edilməsinə kömək etmək və onun ailə üzvlərinə yardım göstərmək üçün” Azərbaycan hakimiyyəti ilə təcili məsləhətləşmələrə başlamağa çağırır.

 Koalisiya Azərbaycan hakimiyyətindən Famil Xəlilovu dərhal azad etməyi və onun siyasi motivli təqibinə son qoymağı tələb edir.

AZEX həmçinin hakimiyyəti son aylarda kütləvi repressiyaya məruz qalan bütün vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini, o cümlədən bir müddət əvvəl həbs edilmiş tanınmış hüquq müdafiəçisi Anar Məmmədlini həbsdən azad etməyə çağırır.

AZEX hesab edir ki, “Anar Məmmədlinin siyasi motivli həbsi onun keçmiş növbədənkənar prezident seçkilərində və hakimiyyətin BMT-nin iqlim dəyişikliyi konfransı COP-29-dan əvvəl keçirməyə qərar verdiyi, yaxın iki ayda gözlənilən növbədənkənar parlament seçkilərində saxtakarlıqların aşkarlanmasına dair fəaliyyəti ilə bağlıdır”.

 AZEX BMT-yə üzv ölkələri gözlənilən COP-29 İqlim Konfransı ərəfəsində Azərbaycandan toplaşmaq, birləşmək və ifadə azadlığını tam təmin etməyi və həm yerli və beynəlxalq vətəndaş cəmiyyətinin nümayəndələri, həm də yerli və beynəlxalq media nümayəndələri üçün təhlükəsiz şərait və imkanlar təmin etməyi tələb etməyə çağırır.

AZEX həmçinin Azərbaycan hakimiyyətini “vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın və siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq üçün son illərdə qəbul edilmiş repressiv qanunları dərhal ləğv etməyə” çağırır.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button