2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaXəbərlər

Azərbaycanlı Zərəngiz Hüseynova “Forbes” jurnalının reytinqində

Azərbaycanlı Zərəngiz Hüseynova “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkarlar” siyahısında yer alıb.

Zərəngiz Hüseynova “WoWoman” təşkilatının və “Alza” mağazasının təsisçisidir. O, “WoWoman” təşkilatını 2014-cü ildə yaradıb. Platformanın “Facebook” hesabında yazılıb:

“4 ildə online cəmiyyətin iştirakçı sayı 25 minə çatdı, təlim, kurs və tədbirlərimizdə 8000-dən çox qadın iştirak etdi, vebinarlarımızın baxış sayı isə 300.000-dən çoxdur… “WoWoman in Me” sahibkarlıq düşünçəsi proqramımız artıq Honkonqun məktəb və universitetlərində tədris edilir”.

Saytların yığılması Saytlarin yigilmasi

“WoWoman” 2018-ci ildə “Facebook” təşkilatı 100 ən yaxşı icma sıyahısına daxil edilib və bu siyahıda MDB ölkələri arasında yer almış yeganə cəmiyyət oldu.

2018-ci ilin oktyabr ayında Zərəngiz Hüseynova San-Fransiskoda “One Young World” Sammitində çıxış edərək, cəmiyyətinin işindən danışıb. ⠀

“Forbes” jurnalında bu siyahıda yer alan daha bir azərbaycanlı gənc Reyhan Camalovadır. O, 2018-ci ildə 15 yaşında “Rainergy” adlı layihəsi ilə jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına qeyd olunub.

Meydan TV

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button