Loading...
Loading...
Xəbərlər

“Azercell Telekom” məhkəmədə uduzdu

azercell“Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin “Azercell Telekom” MMC-yə qarşı iddia ərizəsi təmin edilib.

Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Fəxrəddin Gözəlov məlumat verib.

Onun sözlərinə görə, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında yerləşən tarixi abidənin üzərinə “Azercell”in 2 tona yaxın ağırlıqda qurğusu yerləşdirilib. Həmin qurğu abidəyə ziyan vurub: “1 saylı Bakı İnzibati-İqtsadi Məhkəməsində 25 iyun 2013-cü ildən başlanmış iddiaya bir neçə dəfə apellyasiya və kassasiya instansiyalarında baxılıb. Növbəti məhkəmə prosesi bu ilin martın 30-da baş tutub.

Məhkəmə memarlıq abidəsi olan “Elektrik dəmiryol vağzalının binası”nın üzərində “Azercell Telekom” MMC-yə məxsus mobil anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsinə dair qərar çıxarıb. Həmçinin “Azercell” ilə “Bakı Metropoliteni” arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi iddiası da təmin edilib.

F.Gözəlov deyib ki, “Azercell Telekom” MMC-nin vermiş olduğu kassasiya şikayəti təmin olunmayıb. “Biz yenidən məhkəməyə müraciət edərək “Azercell”in tarixi abidəyə vurduğu zərərin ödənilməsini tələb edəcəyik”.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun