Cəmiyyət
AzTV-dən maraqlı eksperiment: “Nişanlı” qıza “şiddətin” qarşısı belə alındı – VİDEO
Azərbaycan Televiziyasının (AzTV) Bakının mərkəzində qadına şiddətlə bağlı keçirdiyi sosial eksperiment maraqla qarşılanıb.
Televiziyanın hazırladığı və gənc qızın nişanlısı tərəfindən zorakılığa məruz qalmasını əks etdirən səhnəyə gizli çəkilişdən xəbəsiz olan vətəndaşlar müdaxilə ediblər.
Əksər insan şiddət göstərən şəxsi sakitləşdirməyə çalışıb, ona qadına qarşı belə davranışın yolverilməz olduğunu bildiriblər.