Loading...
Loading...
Gündəm

AzTV-nin mühafizəçisi özünü vurub

Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir

Yanvarın 8-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də ölümlə nəticələnən hadisənin baş verdiyi deyilir. 

Bildirilib ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev yayılan məlumatı Meydan TV-yə təsdiqləyib.

O, faktla bağlı araşdırma aparıldığını söyləyib.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button