2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan hökuməti 34 min avro təzminat ödəyəcək

Yanvarın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı dörd yeni qərar elan edib. Məhkəmə Azərbaycanı 34 min 500 avro cərimələyib.

Saytların yığılması Saytlarin yigilmasi

Qərarların biri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) ilə bağlıdır. Təşkilatın təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı Suliddin Əsgərov 2009-cu ildə SMDT-nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Lakin məsələ müsbət həll olunmadığından ərizəçilər AİHM qarşısında birləşmək azadlığı hüquqlarına müdaxilə ilə bağlı iddia qaldırıblar.

Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, AİHM bu işdə ərizəçilərin birləşmək (11-ci maddə) hüququna müdaxilənin baş verdiyinə, habelə, fərdi şikayət etmək hüququna (34-cü maddə) hörmət göstərilmədiyinə qərar verib: “Qərara əsasən, hökumət ərizəçilərə mənəvi zərər əvəzi 4 min 500 avro, tərcümə məsrəflərinə görə 200 avro, ərizəçilərin hüquqi təmsilçisi İntiqam Əliyevə də 500 avro ödəməlidir”.

Hüquqşünasın vurğulamasına görə, digər qərarlar mülkiyyət, ədalətli məhkəmə araşdırması və ayrıseçkiliyin yolverilməzliyi şikayətləri ilə bağlı olub.

Qərarlara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Seçkilərin Monitorinq Mərkəzi (SMM) əsasında yaradılmışdı.

AİHM iki il əvvəl SMM ilə də bağlı qərarını açıqlamışdı. Həmin qərarda isə SMM-nin qeydiyyata alınmasından imtina, daha sonra isə qeydiyyatının ləğv edilməsi pozuntu kimi dəyərləndirilib. Məhkəmənin qərarına əsasən, hökumət ərizəçilərə mənəvi zərər əvəzi 4 min 500, hüquq xərclərinə görə 1 min 500, digər məsrəflərə görə 600 avro təzminat ödəməli idi.

Onda ərizəçilərdən Anar Məmmədli AİHM-nin qərarını gecikmiş hesab etmişdi: “Seçkilərin Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi 2008-ci ildə baş verib. Biz çox təəssüf edirik ki, qərar bu qədər yubandı. Üstündən 10 ildən artıqdır ki, vaxt keçdi. Bu müddət ərzində Seçkilərin Monitorinq Mərkəzinin əsasında SMDT (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi) yarandı. Onun da qeydiyyatı hökumət tərəfindən alınmayıb”.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button