2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda rəsmi narkoman sayı açıqlandı – Real rəqəm qay-qat çoxdur

Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı açıqlanıb. Rəsmi məlumatlara görə, ölkədə 35 min narkotik aludəçisi var. Amma qeyri-rəsmi rəqəmlərin bundan qat-qat çox olduğu məlumdur.

Pressklub.az xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin (RNM) Baş direktoru Orxan Cəfərov 2022-ci ilin hesabatına görə, Azərbaycanda 35 min 97 nəfər narkotik vasitə istifadəçisi olduğunu deyib.

Onun sözlərinə görə, onlardan 572 nəfəri qadın, 11 nəfəri 15-17 yaşarası yeniyetmə, 271 şəxs isə 65 yaşdan yuxarı olan insanlardır.

Saytların yığılması Saytlarin yigilmasi

Mərkəz rəbəri deyib ki, narkotik vasitələrdən psixoloji asılılıq ilkin, fiziki asılılıq isə 2-3 həftə istifadədən sonra özünü göstərir.

O.Cəfərov narkotik vasitələri qəbul edən şəxslərdə ilkin əlamətlərin stres, əsəbilik, ünsiyyət qurmamaq, yuxusuzluq kimi simptomlar olduğunu bildirib.

Onun fikrincə, valideynlər övladlarını bu zərərli vərdişlərdən qorumaq üçün  onların müəllimləri ilə davamlı ünsiyyətdə olmalı, uşaqlara nəzarəti gücləndirməlidirlər.

“Hər hansı bir narkotik vəsaitinin istifadə olunduğu test üsulu ilə aşkarlanır”, deyə Mərkəz rəhbəri bildirib.

24 saat” “Azərbaycanda rəsmi narkoman sayı açıqlandı – Real rəqəm qay-qat çoxdur” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button