Loading...
Loading...
Siyasət

‘Bənzər avtoritar sistemlərdə’ qarşılıqlı bloklama…

Bu ilin martından başlayaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) bir neçə Azərbaycan saytına blok qoyub. Buna səbəb kimi həmin saytlarda Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Moskvanın informasiya siyasətinə cavab verməyən bəzi yazılar göstərilir. Rusiyanın rəsmi qurumları Ukrayna ilə müharibəni təcavüz kimi yox, xüsusi əməliyyat kimi xarakterizə edirlər.
İyunun 3-ü axşam saatlarından etibarən isə Azərbaycanda “RİA-Novosti” agentliyinin saytının bloklandığı açıqlanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iyunun 4-də yaydığı bəyanatda saytın bloklanmasına səbəb kimi Azərbaycana qarşı “böhtan xarakterli” materialların dərc edilməsini göstərib. Bugünlərdə həmin agentlikdə tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın dövlət naziri Artak Beqlaryanla müsahibə yayılıb. Orada həmin qurumun tanınmadığı və ya separatçı sayıldığı qeyd edilməyib. (Hərçənd, Azərbaycanda bəzi istifadəçilərdən ria.ru saytına maneəsiz daxil ola bilmələrinə dair məlumatlar gəlir. Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb)
Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Aydın MirzəzadəTuran”a hazırda iki ölkə arasında heç bir gərginliyin olmadığını bildirib. Onun sözlərinə görə, Rusiyada Azərbaycanı istəyən qüvvələrlə yanaşı, istəməyən qüvvələr də var: “Erməni diasporunun dairələri var, hansı ki, Azərbaycan haqqında qeyri-obyektiv informasiyaları yayır. Azərbaycan, əlbəttə ki, belə qeyri-obyektiv yanaşmanı öz ərazisinə buraxa bilməz”.
Deputat qeyd edib ki, eyni zamanda, Azərbaycan saytlarının Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfin mövqeyini işıqlandırmasını Rusiyanın müəyyən dairələri istəmir: “Ona görə də onlar öz tərəfindən saytları bloklayıb”.
A.Mirzəzadə hesab edir ki, hər hansı spesifik halı ümumiləşdirmək lazım deyil: “İki dövlət arasında normal münasibətlər, müttəfiqlik var, əməkdaşlıq genişlənir. Moskva şəhərinə Azərbaycan investisiyası son illərdə dörd dəfə artıb. Heç bir gərginlik yoxdur”.
Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, Azərbaycanda olduğu kimi, Rusiyada da kütləvi informasiya vasitələri (KİV), əsasən, dövlətin nəzarəti altındadır: “Buna görə də Rusiya və Azərbaycan hökumət dairələrində KİV-in verdiyi mesajlar çox yaxşı başa düşülür. Moskva da, Bakı da təkcə yerli jurnalistlərin deyil, qarşı tərəfin jurnalistlərinin də loyal olmasını istəyir. Onlar qarşı tərəfin tənqidini qəbuledilməz sayırlar”.
M.Əliyev qeyd edib ki, qarşılıqlı bloklama iki elita arasındakı münasibətlərdə müəyyən gərginlikdən xəbər verir: “Rusiyada hakimiyyət Ukraynadakı müharibə, Qərbin sanksiyaları və öz cəmiyyəti üzərində SSRİ-nin dağılmasından etibarən misli görünməmiş informasiya nəzarəti ilə yüklənib”.
Agentliyin rəhbərinin fikrincə, amma bunu taktiki gərginlik kimi səciyyələndirmək olar. O hesab edir ki, strateji nöqteyi-nəzərdən onlar bənzər avtoritar sistemlərdir: “Yaxın gələcəkdə Moskva Bakı ilə informasiya təhlükəsizliyi sahəsində növbəti saziş (buna qədər belə sazişlər olub) imzalamağı planlaşdırır”.
Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan rəhbərliyi ilə Rusiya rəhbərliyi arasında hal-hazırda hər hansı problemi görmür: “Sadəcə, bir az aşağı səviyyədə informasiya sahəsində müəyyən problem ola bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycan və Rusiya elitaları hər zaman əməkdaşlıq edib: “Ona görə də mən bu məsələ ətrafında söz-söhbəti su stəkanının içində fırtına kimi qəbul edirəm”.

Gözdən qaçırmayın:  Latviya Rusiyanın bütün telekanallarını qadağan etdi

Bloklama

24 saat” “
‘Bənzər avtoritar sistemlərdə’ qarşılıqlı bloklama…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button