2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bəy kostyumu geyinməyə hazırlaşan şəhidin hekayəsi -FOTOLAR

Vətənə “Ana” deyirik. Bu kəlməyə hər kəs təkcə dilinin deyil, qəlbinin, hissiyyatının, idrakının, bir sözlə, varlığının bütün şirinliyini qatır. Həyatda kimsə həyat yoldaşından ayrılıb başqası ilə evlənə bilər, kimsə özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir, yeganədir və təkliyinə, yeganəliyinə görə müqəddəsdir, ülvidir, Allahın Özü kimi birdir, təkcədir. Ananı seçmirlər, onu dəyişmək də olmaz. Ana ülvidir, safdır, doğmaların doğmasıdır. “Ana” dediyimiz Vətən də belədir. Onu da nə dəyişmək olar, nə də yenisini axtarmaq… Onu ancaq qorumaq, yolunda sipər olmaq gərəkdir. Çünki qorunmayan torpaqdan vətən olmaz.

“Əgər qorumasan……”

“Dədə Qorqud” filmində maraqlı bir epizod var. El ağsaqqalı, əli qopuzlu xalq ozanı Dədə Qorqud gəncliyə belə bir nəsihət verir: “Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağına dəyməz. Əgər qorumasan, onda da əkib becərməyinə dəyməz”.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin gün Mingəçevir Şəhidlər Xiyabanında çoxları bu filmi və məhz bu epizodu xatırladı. Mingəçevir öz qəhraman övladı Teymur Qasımovla vidalaşırdı.
Vətəni, dövləti uğrunda canını fəda etmiş əskərin dəfn mərasiminə sanki bütün şəhər axışmışdı. Qohumları, dostları, döyüş yoldaşları, həmşəhərliləri- hər kəs burada idi…….

Hər tərəfdən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səslənirdi.Yaylım atəşi də açıldı…Bircə Sabir kişi sanki heç nə eşitmirmiş kimi gözlərini oğlunun şəklinə dikmişdi.Cəmi bir neçə gün sonra sonbeşik oğlunun nişan mərasimi olmalı idi. Qoihum-qardaş , hər kəs 14 apreli səbirsizliklə gözləyirdi. Fəqət tale başqa ssenari hazırlamışdı Teymur üçün.

Ya şəhid olmalı, ya da

Uşaqlıqdan hərbçi olmaq arzusundaydı. Qarabağ haqda evdə çox danışmışdılar. Mingəçevirdə çoxdan yaşasalar da nəsil-kök Qarabağdan idi. Hansı ki, Teymur anadan olan ildə işğal edilmişdi.

Adətən sonbeşiklər eqist və ərkəsöyün olur. Teymur isə əksinə. Çox sadə,mərd və tərbiyəli gənc idi. İdmanla da mışğul olurdu. Avarçəkmə yarışlarında iştirak edib medal da qazanmışdı.

Böyüdükcə hərbiyə getmək istəyi artır5dı. Deyirdi ki, “Biz vətənin övladları, vətən oğluyuq. Vətən bizə oğul deyirsə, biz də bir oğul kimi onun qədrini bilməli, onun azadlığı və suverenliyi uğrunda canımızdan belə keçməyi bacarmalıyıq.
Hazırda vətənimiz Azərbaycan öz ağır günlərini yaşayır. Ana vətənimizin qəlbində Qarabağ dərdi, Qarabağ nisgili ən ağrılı yerimizdir. Qarabağ kimi dilbər guşə düşmən tapdağı altında olduğu bir halda, biz heç vaxt özümüzü bəxtəvər hesab edə bilmərik. Buna bizim mənəvi haqqımız da yoxdur. Ya şəhid olmalı, ya da qəlb göynərtimiz olan Qarabağ torpağını qaytarmalıyıq.»

Teymur hərbi xidmətə yollandı. Xidmətini başa vurduqdan sonra elə gələcək karyerasını orduda davam etməyə qərar verdi. Özü də xüsusi təyinatlı olaraq. Arzuladığı hər şeyi asanlıqla əldə edirdi. Bircə səbirsizləndiyi sevdiyinə qovuşmaq idi. O günə də az qalmışdı. Artıq nişan günü bəlli idi.
Lakin aprelin əvvəlində erməni işğalçıları atəşkəs rejimini pozdular. Düşmən əks-cavabla susdurulduqdan sonra Azərbaycan ordusu cəbhə boyu hücuma keçdi. Bir neçə strateji məntəqə və yüksəkliklər düşməndən azad edildi. Xüsusilə “Talış” kəndi istiqamətində ağır döyüşlər oldu.
Teymurun xalası oğlu və uşaqlıq dostu olan Nurel İbrahimov xatırlayır ki, sonuncu dəfə Teymurla döyüşə getməmişdən az əvvəl görüşübmüş:” Sanki ürəyinə dammışdı. Deyirdi ki, şəhid olacağam.Elə də oldu.Teymur yaralıları atəş altından çıxararkən minaya düşərək həlak oldu.”

Teymur Qasımovun döyüş yoldaşları dəfn mərasiminin sonuna qədər şəhidin atasının yanından ayrılmadı. Bir oğul itirib yüzlərlə oğul qazanan Sabir Qasımov övladının tabutunun büküldüyü üç rəngli bayrağı qürurla təhvil aldı.

Əlbəttə, ən böyük arzumuz odur ki, Ulu Tanrı ölümlə üz-üzə duran yurddaşlarımızı heç vaxt dünya işığına, həyatın şirinliyinə həsrət qoymasın, onları dünyanın ən qiymətli əşrəfi kimi hifz edib saxlasın. Lakin nə edəsən ki, müharibə müharibədir və o, itkisiz, qansız-qadasız olmur. Əgər Vətənimizin – doğma Azərbaycanımınzın istiqlalının ən kiçik səhifəsi bizim qanımızla yazıla bilərsə, bütün cismimizi ulu yurdumuza qurban verməyə hazırıq.

Kişi kişidirsə,
qorxmaz ölümdən,
Bu yoldakı
çətinlikdən, zülmdən.
Əgər Qarabağım
getsə əlimdən,
Bağışlarmı məni
xalqım, vətənim?

İlqar Atabəyli

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button