2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bağlanan 10 bankın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 937 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 461 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 22 min manat (ümumi kompensasiya öhdəliyinin 96%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 190 min manatdan artıq kompensasiya verilib.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 270 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 244 min manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 276 min manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 433 mln. 957 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98%-i əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721,667 mln. manatdan artıq kompensasiya ödənilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button