2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Bahalığın çarəsi varmı, yaxud günü qara kəndli nə etməlidir?

İqtisadçı Natiq Cəfərli yeni şərh yayıb. O qeyd edir ki, çox adam meyvənin bahalığından şikayətlənir: “Anlamaq olur, amma obyektiv baxış deyil. Meyvə istehsalçısı ilboyu gözünü iki-üç aylıq mövsümdə qazanacağı pula dikib. Hər şeyin baha olduğu, rəsmi ərzaq inflyasiyasının 20 faizi döydüyü bir dövrdə meyvə istehsalçısı nə etməlidir axı? Öz gilasını, almasını, albalısını, əriyini satıb əvəzində baha un, yağ, ət almalıdırsa, qiyməti artırmaqdan başqa nə yolu qalır?

Başqa bir dərd də odur ki, məhsul bağdan süfrəyə qədər 10 əl dəyişir, istehsalçının birbaşa bazara çıxışı yoxdur. Söhbət hər fermerə şəhərdə bir piştaxta verməkdən getmir, bu, istehsalçıya da sərf etməz – hər gün öz bağından beş yeşik meyvə yığan fermer onu Bakıya gətirib satmaqla heç yolxərcini çıxara bilməz. Amma ölkədə normal sistem qurulsa, dövlət konkret dəstək göstərsə, məsələn, hər kənddən növbəli sistemlə gündə 1 fermer həm öz malını, həm də həmkəndlisinin malını Bakıya gətirib satardı. Bu sistem qurulsa, hər kənddə fermerə ayda bir-iki dəfə bazara mal gətirmək növbəsi düşərdi. Bir şərtlə ki, şəhərdə satış yeri üçün pul verməsin, yolda polis onu soymasın – vəssalam, bu zaman fermer də qazanar, əhali də ucuz mal-məhsul alar.

Saytların yığılması Saytlarin yigilmasi

Amma supermarketlərlə süslənmiş, “bravolaşmış” məmləkətdə belə sistem sərf etmir axı. Qaragün kəndli min bir əziyyətlə öz malını şəhərə çatdırıb hansısa metro stansiyasının qarşısına yeşik düzəndə də 10 yerdən “əliqovluqlular” və “əlidəyənəklilər” peyda olur”.

“24 saat “Bahalığın çarəsi varmı, yaxud günü qara kəndli nə etməlidir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button