Loading...
Loading...
Gündəm

Bakı Şəhəri Təhsil İdarəsinin müdiri təyin edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat olub. 24saat.org xəbər verir ki, idarənin müdir müavini Rəşad Tağıyev təyin edilib. Bununla bağlı təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmr imzalayıb.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bir müddət əvvəl təhsil nazirinin müavini təyin edilib. O, bu vaxtadək BŞTİ-nin müdiri vəzifələrini icra edirdi.
Yeni təyin edilən Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

Rəşad Tağıyev 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.

Gözdən qaçırmayın:  Rusların Xarkovun mərkəzini raketlə vurması kameraya düşüb - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button