2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bakıda 24 saat işləyən valyutadəyişmə terminalları quraşdırılacaq

“Silkway Bank” ASC ticarət və xidmət müəssisələrində avtomatik valyutadəyişmə terminallarının yerləşdirilməsini planlaşdırır. Artıq ilk terminal bankın baş ofisində quraşdırılıb, istifadəyə verilib.

Bankdan verilən xəbərə görə, növbəti terminallar Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarda yerləşən hava limanlarında, Bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək.

Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri Azərbaycan manatı, ABŞ dolları və avro üzrə valyutadəyişmə əməliyyatlarını həyata keçirə bilərlər. Terminalla günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində avtomatik valyutadəyişmə imkanı təqdim edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Terminal vasitəsilə valyuta dəyişməsi “Silkway Bank”ın gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button