2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda avtomobil məscidin hasarına çıxrpıldı: Ölən və yaralananlar var – YENİLƏNİB

[

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Gununsesi.info-ya verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***09:22

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi “Kio-Rio” markalı avtomaşının idarəetməsini itirərək məscidin hasarına vurub.

Nəticədə özü müxtəlif bədən xəsarəti alıb, avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Bundan başqa, digər sərnişinlər Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə nə yerləşdirilib.

Faktla bağlı Binəqədi İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button